Estoniya yığması Bakıya yaxşı əhvalda gələcək
27 dekabr 2013 00:33
DÇ-nin təsnifat mərhələsində Azərbaycan yığmasının rəqibi olacaq Estoniya voleybol yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, Estoniya yığması Belarus millisi üzərində 3:0 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, Estoniya DÇ-nin təsnifat mərhələsində “J” qrupunda Azərbaycan, Serbiya və İsraillə birgə yer alıb.
Təsnifat mərhələsinin oyunları Bakıda keçirilək. Beş qrup qalibi DÇ-yə birbaşa vəsiqə əldə edəcək. Həmçinin, ən yaxşı iki qrup ikincisi bu vəsiqəyə sahib olacaq.