Millimiz Macarıstana finalda belə qalib gəldi
30 avqust 2016 16:00
Xəbər verdiyimiz kimi, İtaliyanın Kataniya şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Liqası turnirinin Promofinal mərhələsində Azərbaycan milli komandası Macarıstanla final görüşündən qalib ayrılıb. Azerisport.az xəbər verir ki, oyun 5:5 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
Zərbələri daha sərrast yerinə yetirən futbolçularımız 4:3 (ümumi hesabda 9:8) hesabı ilə qalib gəlib. Bununla da, millimiz Avropa Liqasının B divizionundan A divizionuna vəsiqə qazanıb.