Bakı divizion klubuna qalib gəldi
Topaz Premyer Liqasına hazırlığını davam etdirən "Bakı" daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "zolaqlılar" bu dəfə birinci divizion təmsilçisi "Neftçala" ilə qarşılaşıb.
Oyun 3:2 hesabıyla "Bakı"nın xeyrinə başa çatıb. Bakılıların qollarını Nurlan Novruzov (5-pen.), Jaba (29) və Mahir Mədətov (71) vurub. Aşağıda divizion klubu isə Janalidze (13) və Məmmədovun (15) qollarına sevinə bilib.
Qeyd edək ki, “Bakı” bu oyuna aşağıdakı start heyətlə çıxıb: Elxan Əhmədov, Eltun Hüseynov, Vuqar Bəybalayev, Elşad Manafov, Əziz Quliyev, Qeyrət Əliyev, Kamil Nurəhmədov, Ramazan Abbasov, Nurlan Novruzov, Nuran Qurbanov, Jaba.
Onu da xatırladaq ki, ilk yoxlama matçında "Sumqayıt"a 1:5 hesabı ilə uduzan İbrahim Uzuncanın komandası daha sonra AZAL-a məğlub olub - 0:1. "Bakı" son görüşündə "İnter"in əvəzedici komandasına 0:2 hesabı ilə uduzub.