Qarabağın Kiyev zəfəri
25 oktyabr 2014 13:15
Azərbaycan çempionu "Qarabağ" UEFA Avropa Liqasında yeni bir tarix yazdı. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi Azərbaycan futbol tarixinə UEFA Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk klubumuz olaraq adını yazdırdı.
Səfərdə Ukrayna təmsilçisi "Dnepr"i 1:0 hesabı ilə məğlub edən "atlılar" xallarının sayını 4-ə çatdıraraq qrup ikinciliyini ələ keçirdi. Kiyevin "Olimpiya" stadionunda baş tutmuş oyundan geniş videoicmalı təqdim edirik.