Həvəskarlar arasında yarış keçiriləcək
26 may 2016 18:00
Azərbaycan Velosiped İdmanı Federasiyası və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə may ayının 28-i, saat 18:00-da 28 May Respublika Günü və Formula-1 yarışlarına dəstək məqsədilə Dənizkənarı Bulvarda həvəskarların velosiped yarışı keçiriləcək. Azerisport.az xəbər verir ki, yarışın sonunda Azərbaycanın estrada ulduzlarının iştirakı ilə konsert proqramı da təşkil olunacaq.
Arzu edən həvəskar velosipedçilər bu yarışda iştirak edib hədiyyə qazana bilər. Kişilərin və qadınların yarışı ayrı keçiriləcək.
Start və finiş: Bakı İdman Sarayının arxası (velosiped kirayəsi məntəqəsinin yanı)
Marşrut: Bakı İdman Sarayı - Dövlət Bayrağı Meydanı və əksinə.
Qeyd: İştirakçılar velosipedlərini özləri ilə gətirməlidirlər.