Elçin Əsədov: Bu uğuru burda da təkrarlamağa çalışacağıq
Bu gün ənənəvi “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turu start götürüb. Ölkəmizi bu yarışda təmsil edən "Sinerji-Baku"nun üzvü Elçin Əsədov azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Hər il Tur de Azərbaycana yüksək səviyyədə hazırlaşırıq. Evdə azarkeşləri sevindirməyə çalışırıq. Məsuliyyətimiz böyükdü. Xorvatiyada komanda hesabında 1-ci olduq. Bu uğuru burda da təkrarlamağa çalışacağıq. Ən çox 2-ci mərhələdə şanslarımızı yüksək dəyərləndiririk. Çünki Bakı-İsmayıllı marşrutu çox çətin etapdı. Enişi-yoxuşu çoxdu. Hər gün ən azı 1 köynək qazanmağa çalışacağıq. Mənim əsas vəzifəm yürüş zamanı komandanın yeni üzvlərinə dəstək olmaq, onlara nəzarət etməkdi. Ən çox 3-cü mərhələdə fərqlənmək şansım var. Bu gün Maksim Averini finişə 1-ci çatdırmağa çalışacağıq".