Sinerji-Bakunun heyəti nə vaxt açıqlanacaq?
1 may 2016 14:30
Mayın 3-də Tur de Azərbaycan-2016 ilə bağlı mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, Velotrekdə təşkil olunacaq tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və veloyürüşün direktoru Roland Hofer yarış haqda məlumat verəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.
Həmin konfransda "Sinerji-Baku"nun heyətinin açıqlanacağı da gözlənilir.