Azərbaycan çempionatında 2-ci mərhələnin qalibləri bəlli oldu
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Veloparkda dağa fərdi qrup ötüşməsi üzrə Azərbaycan çempionatının 2-ci mərhələsi keçirilib. Azerisport.az xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.
Kiçik yaşlı qızların mübarizəsində 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Validə Cabbarova bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. U-15, U-17 və gənclər kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvləri Nikita Sıtov, Qadir Mustafayev və Rövşən İsmayılov digər rəqibləri üçün əlçatmaz olublar. Və ən nəhayət, U23/Elit kateqoriyasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Velosiped Məktəbi / Lokomotiv klubunu təmsil edən Aqşin Bağırlı birinci yeri tutub. (AzVİF)