Velosipedçilərimiz Olimpiya Festivalında mübarizəyə başlayır
28 iyul 2015 00:25
Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Avropa Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan velosipedçiləri yarışa tam hazırdırlar. Azerisport.az xəbər verir ki, nüfuzlu yarışda 3 idmançımız - Kərim Şirəliyev, Mikayıl Səfərov və Bakir Dadaşov mübarizə aparacaq.
İyulun 28-də, Bakı vaxtı ilə saat 17:00-da təmsilçilərimiz 10 km məsafəyə fərdi ötüşmədə mübarizə aparacaqlar. İyulun 30-da isə qrup ötüşməsi keçiriləcək.