Tour d’Azerbaïdjan-2015 start götürdü
6 may 2015 12:45
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" beynəlxalq veloyürüşü start götürüb. Azerisport.az xəbər verir ki, 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.
Yarışın proqramına əsasən, iştirakçılar bu gün Dövlət Bayrağı Meydanından start götürməklə Sumqayıt şəhərində mərhələni başa vuracaqlar. Marşrutun uzunluğu 154 km-dir.