Fotoreportaj|Video|На русском

Velosiped İdmanı

Ələkbərov: Məqsədimiz Azərbaycanı dünyaya tanıtmaqdır

5 may 2015 16:00

"Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaïdjan-2015" veloturuna hazırlıq işləri tam başa çatıb. Azerisport.az xəbər verir ki, mayın 6-10-da keçiriləcək 5 günlük yarışda iştirakçılar ümumilikdə 867 km məsafə qət edəcəklər". Bu sözləri yarışla bağlı təşkil edilmiş mətbuat konfransında veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

Federasiya rəsmisinin sözlərinə görə, "Tour d’Azerbaïdjan-2015"də 25 komanda mübarizə aparacaq. Azərbaycanı nüfuzlu yürüşdə təmsil edəcək "Synergy Baku Cycling Project" kontinental komandasının rəqibləri içərisində 4 pro-kontinental, 15 kontinental və 4 milli komanda var. Bunlar Avstraliyanın "Drapac Professional Cycling", İtaliyanın "Androni Giocattoli", Rusiyanın "RUSVELO", ABŞ-ın "Team Novonordisk" (hamısı Pro-Kontinental) və "Airgas Safeway Cycling Team", Sloveniyanın "Adria-Mobil", İrlandiyanın "An Post-Chain Reaction", Lüksemburqun "LEOPARD Development Team", Çin Xalq Respublikasının "Giant-Champion System", Rumıniyanın "Tusnad", Almaniyanın "MLP Team Bergstrasse", Slovakiyanın "Banska Bystrica", Türkiyənin "Torku", Laosun "CCN Cycling Team", Avstriyanın "Hrinkow Advarics", Hollandiyanın "Parkhotel Valkenburg", Çexiyanın "Dukla Praha", Belarusun "MINSK", İsrailin "Cycling Academy Team", Portuqaliyanın "Team Tavira" klubları (hamisi kontinental), həmçinin Macarıstan, Estoniya, Yunanıstan və Qazaxıstanın milli komandalarıdı.

Sahib Ələkbərov ölkəmizi "Tour d’Azerbaïdjan-2015"də təmsil edəcək "Synergy Baku" komandasının heyətini də açıqlayıb. Onun sözlərinə görə, nüfuzlu yarışda komandamız Elçin Əsədov, Maksim Averin, Samir Cəbrayılov, Matey Müqerli, Yannis Tamuridis və Aleksandr Surutkoviçlə təmsil olunacaq. Azərbaycan Turu öncəsi Fransada təşkil olunan 7 mərhələli "Le Tour de Bretagne" yarışında velosipedçilərimizin kifayət qədər uğurlu nəticə göstərdiyini deyən vitse-prezident onların yerli publikanı da sevindirmələri üçün əllərindən gələni edəcəklərinə əmin olduğunu söyləyib.

Ələkbərovun komandanın bu heyətlə çıxış etməsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, heyəti məşqçilər müəyyənləşdirib: "Onlar hesab edirlər ki, məhz bu idmançılar yarış üçün tam hazırlıqlıdı. Biz komandamızda hər bir velosipedçiyə böyük ümid bəsləyirik. Müqerli çox güclü idmançıdı, yaxud Surutkoviç dağ mərhələsində yaxşı nəticə göstərir. Mərhələlərin liderinə gəlincə, hər gün üçün seçimi çalışdırıcılar edəcək".

Vitse-prezident yarış zamanı havanın da xoş olacağını deyib. Onun sözlərinə görə, bu azarkeşlərin turu izləməsi üçün hansısa çətinlik yaratmayacaq: "Ötən il hava bir az problem yaratmışdı. Bu xüsusilə Sumqayıt marşrutunda müşahidə olunmuşdu. Sinoptiklərin məlumatına görə, bu həftə çox gözəl hava olacaq və tempratur 18 dərəcə istilik təşkil edəcək".

Ötən illə müqayisədə bu il 4-cü və 5-ci mərhələrdə dəyişikliklər olacaq. Bu isə iyunun 12-28-də keçiriləcək ilk Avropa Oyunları ilə bağlıdı. Dünya idman ictimaiyyətinin diqqətini Oyunların avarçəkmə üzrə yarışının keçiriləcəyi Mingəçerivə cəlb etmək məqsədilə, 4-cü mərhələnin finişinin Mingəçevirə salınması qərara alınıb. Paytaxt küçələrində təşkil olunacaq 5-ci mərhələnin marşrutu isə Avropa Oyunları ilə eyni olacaq.

Ələkbərov bildirib ki, 4-cü mərhələnin dəyişməsi həmçinin Azərbaycanı bütün dünyaya tanıtmağa hesablanıb.

Marşrutların keçəcəyi yollarda da bütün problemlər yoluna qoyulub. Federasiya rəsmisi hər mərhələdən öncə özü bunu bir daha yoxlayacağını qeyd edib: "Hər bir mərhələdən öncə marşurutboyu yollara birinci özüm baxmasam, rahat olmuram. Seçilən marşrutlarda problemli yol yoxdu. Hamısı yoxlanılıb. Yolların bağlanmasına gəlincə, çalışacağıq ki, bu, minimum olsun. Bütün ölkələrdə turlar zamanı bu hal yaşanır".

Vitse-prezident yarışda Azərbaycanı təmsil edəcək "Synergy Baku"nun uğurla çıxış edəcəyinə də əminliyini ifadə edib: "Komandamız bu il bir neçə turnirdə iştirak edib. Nəticələri bizi qane edir. Sloveniya və Asiya turlarında yaxşı nəticələr göstərdilər. Xüsusilə, Fransada keçirilən turda çox yaxşı çıxış etdilər. Ümid edirəm ki, ölkəmizdə də bu nailiyyətə imza atacaqlar".

Ələkbərov Azərbaycanda velosiped idmanının inkişafından da danışıb. Vitse-prezident bunun bariz nümunəsi kimi "Synergy Baku"da azərbaycanlı velosipedçilərin sayının artmasını göstərib: "Komandada əvvəl 16 velosipedçidən 2-si azərbaycanlı idisə, indi yerlilərin sayı 8-ə çatıb. Həmyerlilərimizin yetişməsinə üstünlük veririk. Onlar yetişib, əsas heyətdə çıxış edəndə ikinci komandanı da yarada bilərik".

Vitse-prezident növbəti illərdə turun marştutunun dəyişməsini də istisna etməyib: "Qarşımızda duran əsas məqsəd bölgələrimizi bir-bir gəzməkdi. Bizim cənub, şimal bölgələrimiz var. Amma hər şey yarış ərəfəsi dəqiqləşir".

Yarışın direktoru Albrext Röderin sözlərinə görə, iştirakçılar mayın 6-da Bakı-Sumqayıt (154 km), mayın 7-də Bakı-İsmayıllı (187 km), mayın 8-də Qəbələ-Şəki-Qəbələ (177 km), mayın 9-da Qəbələ-Mingəçevir (205 km) marşrutu üzrə hərəkət edəcəklər. Mayın 10-da təşkil olunacaq sonuncu mərhələ (144 km) isə paytaxt küçələrində baş tutacaq.

Almaniyalı mütəxəssis yarışın yeni mövsümünün rekordla əlamətdar olduğunu da vurğulayıb. Onun sözlərinə görə, bu dəfə tura 3 yeni ölkə qatılacaq: "Komandalar tərkibi baxımından qarışıqdır. Bu səbəbdən də 25 komandada 36 ölkənin nümayəndəsi yarışacaq. Bu da bizim rekordumuzdu. Ötən illə müqayisədə 3 yeni ölkə əlavə olunub. İndoneziya, Meksika və Laos velosipedçiləri yarışda debüt edəcəklər. Ən çox idmançı ilə Hollandiya təmsil olunacaq. Onlar müxtəlif komandaların heyətində Azərbaycana 9 velosipedçi ilə gəliblər".

Röder "Tour d’Azerbaïdjan-2015"də favoritlərini də açıqlayıb. O, Azərbaycan klubunun da uğur qazanacağına inandığını deyib: "İtaliyanın "Androni Giocattoli", Hollandiyanın "Parkhotel Valkenburg" və bir neçə komanda liderlər sırasındadı. Əlbəttə,  "Synergy Baku" da bu mübarizədən geri qalmayacaq. Ümid edirik ki, onlar yarışın və ya ən azı mərhələlərdən birinin qalibi olacaq. Marşrutun üzərində də çox yaxşı işləmişik, yeni bölgələr var. Biz yaxşı təşkil olunmuş və təhlükəsiz bir yarışın şahidi olacağıq. Hesab edirəm ki, yarışın davamında yeni bir mərhələ açılacaq. Bu dəfə təşkilati baxımdan, komandaların gücü və onun işiqlandırılması baxımından yeniliklər də var".

Yarışın direktoru da xüsusi qeyd edib ki, yollar və yol səthləri tam olaraq yoxlanılıb: "Düzdü, Qəbələdə bəzi enişlərdə problem vardı. Lakin artıq bütün çətinliklər aradan qaldırılıb. Dördüncü mərhələdə  dəmiryolu ilə də kəsişmələr də olacaq. Orada asfalt döşənilib. Hər şey yüksək səviyyədə olacaq".

Qeyd edək ki, "Tour d’Azerbaïdjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayacaqlar. Yarışın son 3 mərhələsi planetin nüfuzlu idman kanalı "Eurosport"la canlı yayımlanacaq. İlk 2 mərhələnin yekunu isə kanal vasitəsilə 30 dəqiqəlik icmal şəklində tamaşaçılara təqdim ediləcək. "İdman Azərbaycan" kanalı isə turun bütün mərhələlərini canlı nümayiş etdirəcək.

Другие новости этого раздела

Synergy Baku dünya reytinqində 4-cü oldu15 dekabrHemofiliya pasientləri Respublika Velotrekində01 dekabrAzərbaycanın ilk həvəskar qadın velosiped klubu üçün təqdimat baş tutdu20 noyabrAzərbaycanın ilk həvəskar qadın velosiped klubu ilə bağlı təqdimat18 noyabrGənclər üçün seminar keçirilib31 oktyabrTour d`Azerbaidjan-2017-nin keçirilmə vaxtı müəyyənləşdi28 oktyabrAvropa çempionatında 9-cu yer24 oktyabrMövsümün son yarışı keçirildi23 oktyabrNəsimi rayon məktəbliləri Velotrekdə06 oktyabrYeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi başa çatdı03 oktyabrAzərbaycan birinciliyində ilk qaliblər məlumdur02 oktyabrAzərbaycan birinciliyi start götürüb01 oktyabrSynergy Bakudan üçqat uğur14 avqustVelosipedçimiz Çində 2-ci oldu30 iyulSynergy Bakunun Çində daha bir uğuru29 iyul
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop