Mariya Stadnik bürünc, Yuliya Ratkeviç gümüş medal qazandı
10 sentyabr 2014 20:30
Özbəkistanın paytaxtı Daşkənd şəhərində böyüklər arasında güləş üzrə Dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın üçüncü günündə 48, 55, 60 və 69 kq çəki dərəcəsində qadın güləşçilər yarışıb.
Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub. 48 kq çəki dərəcəsində Olimpiadanın gümüş və bürünc mükafatçısı, Dünya və dördqat Avropa çempionu Mariya Stadnik mübarizəyə 1/16 finaldan başlayıb və Dünya çempionatını 3-cü pillədə tamamlayıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Olimpiadanın bürünc mükafatçısı, Dünya və Avropa çempionu Yuliya Ratkeviç isə gümüş medalla kifayətlənib.