Taekvondoçularımız Türkiyədə ilk günü 1 qızıl, 1 bürünc medalla başa vurdu
15 fevral 2016 00:05
Xəbər verdiyimiz kimi, Türkiyənin Antalya şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfindən təşkil edilən və sayca 3-cü olan G1 kateqoriyalı “TURKİSH OPEN” beynəlxalq turnirinə start verilib. Azerisport.az xəbər verir ki, kişilərdən ibarət yığma komandamızın qatıldığı beynəlxalq yarışın ilk günü komandamız uğura imza atıb.
Belə ki, ötən il yığma komandanın heyətində son dünya kubokuna sahib olan, -63 kq çəki dərəcəsində mübarizəyə qatılan Sina Bahrami rəqiblərinə şans verməyərək fəxri kürsün ən yüksək pilləsinə qalxıb.
Digər təmsilçimiz Məmmədalı Quliyev (-58 kq) isə yalnız yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.
Xatırladaq ki, turnir 3 gün davam edəcək.