Zaur Hacıbabayev ikinci dəfə dünya çempionu oldu
1 dekabr 2015 15:15
Çexiyada MMA üzrə keçirilən dünya çempionatına yekun vurulub. Azerisport.az xəbər verir ki, 40 ölkənin iştirak etdiyi mötəbər yarışda Azərbaycan baş məşqçi Etiqad Atakişiyevin rəhbərliyi altında 5 idmançıyla təmsil olunub.
Azərbaycan komandasında yalnız Zaur Hacıbabayev fərqlənib. Bütün rəqiblərinə qalib gələn Hacıbabayev 100 kq-dan yuxarı çəkidə karyerasında ikinci dəfə planetin ən güclüsü seçilib.
Qeyd edək ki, Zaur finalda Qazaxıstan təmsilçisi Məhəmməd Süleymanov üzərində nokautla qələbə qazanıb.
84 kq-da Taleh Nəcəfzadə, 61 kq-da isə Emin Hüseynov bürünc medala layiq görülüb.
Komanda hesabında Azərbaycan Rusiya və Qazaxıstandan sonra üçüncü yeri tutub.