Elçin Zamanov Avropa çempionu oldu
25 may 2015 16:30
Bolqarıstanın Stara Zaqara şəhərində uşu üzrə Avropa çempionatı keçirilib. Azerisport.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun millinin heyətində təmsil olunan idmançısı Elçin Eminov (56 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq 3-cü dəfə Avropa çempionu olub.
Xatırladaq ki, Elçin Eminov 2013-cü ildə keçirilmiş İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısıdır.