Zabit Səmədov: 2014-cü ili qələbəylə başa vurmaq istəyirəm
21 dekabr 2014 12:00
Azərbaycanlı k-1 döyüşçüsü Zabit Səmədov dekabrın 29-da Yaponiyanın Tokio şəhərində Makoto Uehara ilə mübarizə aparacaq. Azerisport.az xəbər verir ki, məşhur idmançımız azərisport.az-a açıqlamasında döyüş barədə danışıb:
"Makoto Uehara təcrübəli idmançıdır. Fikrimcə, rəqib döyüşə üstün durumda başlayacaq. Çünki, o doğma divarlar arasında yarışır. Üstəlik, ona azarkeşlər dəstək olacaq. Mən çalışmalıyam ki, üstünlüklə qələbə qazanım. Bu halda hakimlər ona kömək edə bilməyəcək. Adətən meydan sahibinə kiçikdə olsa rəğbət bəslənilir. Bununla belə hazırlığım qaydasındadır. Kiçik zədələrim olsa belə, Yaponiyaya qələbə üçün yollanacağam. 2014-cü ili qələbəylə başa vurmaq istərdim".