Fotoreportaj|Video|На русском

Karate

AMKF rəhbərliyi və karate camiəsi 2015-ci ili dəyərləndirdi

30 dekabr 2015 00:25

2015-ci il Azərbaycan karatesi üçün ən uğurlu və tarixi illərdən biri oldu. Azerisport.az xəbər verir ki, 25 rəsmi və qeyri rəsmi beynəlxalq yarışlarda iştirak edən müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 qızıl, 53 gümüş və 56 bürünc olmaqla 156 medala sahib oldular.

Bu münasibətlə Azərbaycan Milli Karate Federasiyasının rəhbərliyi, o cümlədən 1-ci vitse prezident Rəhman Hətəmov, vitse-przident Yusif Məmmədov, idarə heyətinin üzvü Oqtay Məmmədov, eləcə də Avropa Oyunlarının qalib və mükafatçılarının iştirakı ilə mətbuat konfransı keçirilib.

Yola saldığımız ildə əldə edilən zəfərləri diqqətə çatdıran Hətəmov rəhbərlik adından federasiyanın işinə verilən qiymətə görə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə təşəkkürlərini ifadə edib. Milli komandanın üzvləri Avropa Oyunlarının nəticələrinə əsasən onları medallarla, fəxri diplom və mənzillə təmin edilmələrinə görə prezident İlham Əliyevə, Gənclər və İdman naziri Azad Rəhimova, baş sponsor Azərbaycan Beynəlxalq Bankı idarə heyətinin sədri Elmar Məmmədova minnətdarlığını ifadə ediblər. Sonda federasiya kollektivi qarşıdan gələn dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə Azərbaycan xalqını və ölkə idman ictimaiyyətini təbrik edib.

2015-ci ilin nəticələrinə gəlincə, böyüklər Avropa çempionatının fərdi yarışlarında 2 qızıl və 1 gümüş medal, komanda çıxışlarında isə bürünc mükafat qazanıblar. Niyazi Əliyevlə (-67 kq) Rafael Ağayev (-75 kq) Avropa çempionu, Ayxan Mamayev isə (-84 kq) qitə ikincisi olub. Bakı 2015 1-ci Avropa Oyunlarında 4 qızıl və 2 bürünc medala sahb olan karateçilərimiz qitənin ən yüksək nəticə göstərən idmançıları olublar. Firdovsi Fərzəliyev (-60 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq) və İrina Zaretska Avropa Oyunlarının qalibi, Niyazi Əliyevlə (-67 kq) İlahə Qasımova (55 kq) isə ilk yarışın bürünc mükafatçıları olublar.

5 Premyer Liqa turnirində çıxış edən karateçilərimiz 1 qızıl, 4 gümüş və 2 bürünc olmaqla vətənə 9 medal qazandırıblar. İrina Zarteska (-68 kq, qızıl medal), Şahin Atamov (-84 kq, 2 gümüş, 2 bürünc medal), Asiman Qurbanlı (+84 kq, gümüş medal), Şəhrun Yusifova (-50 kq, gümüş medal), Firdovsi Fərzəliyev (-60 kq, bürünc medal), Tural Ağalarzadə (-67 kq, bürünc medal) və Rafael Ağayev (-75 kq, bürünc medal) Dünya Karate Federasiyasının bu nüfuzlu turnirlərindən mükafatlarla dönüblər.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar da 2015-ci ili uğurla başa vurublar. Aşağı yaş qurupları Avropa çempionatında bürünc medal, dünya çempionatında isə 3 gümüş və 1 bürünc olmaqla daha 4 medal əldə ediblər. Hümmət Baxşəliyev (-52 kq) yeniyetmələrin Avropa çempionatı və dünya çempionatında bürünc medallara sahib olub. Dünya çempionatında 16-18 yaşlı gənclərdən Fidan Teymurova (-47 kq), Elcan Məmmədrzayev (-61 kq) və İrina Zaretska (-68 kq, 18-20 yaşlı gənclər) ikinci yeri tutub.

Daha 16 beynəlxalq turnirə qatılan müxtəlif yaş quruplarında karateçilərimiz 133 medala layiq olublar. Ölkədaxili "Baku Open" əənvi beynəlxalq turniri, yeniyetmə, gəncləər və böyüklərin Respublika çempionatı, eləcə də müxtəlif şəhər və klub birincilikləri keçirilib. Beynəlxalq dərəcəli hakimlərimiz Dünya Karate Federasiyasının hakimlər komitəsi qarşısında imtahanları yüksək səviyyədə verərək dərəcələrini artırıblar. İlin yekunlarına əsasən Rafael Ağayevlə İlahə Qasımova "İlin idmançısı", Şahin Xudaverdiyev "ilin məşqçisi", Vüqar kərimov isə "İlin hakimi" seçilib. 

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah