Nəcməddin Bünyadov Las Veqasda bürünc medal qazandı
Azərbaycan Milli Karate Federasiyasının prezidenti (AMKF) Yaşar Bəşirovun rəhbərliyi ilə Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində nüfuzlu "US Open" beynəlxalq turnirində iştirak edən karateçilərimizdən Nəcməddin Bünyadov (-84 kq) bürünc medal qazanıb. Azerisport.az xəbər verir ki, 18-21 yaşlı gənclərdən ibarət seçmə komandamızın digər 2 üzvü - Vüsal Kamallı və Şahin Quluzadə (hər ikisi -75kq) isə döyüşlərini qənaətbəxş keçirsələr də mükafatçılar arasına düşə bilməyiblər.
"US Open"ə hər il olduğu kimi dünyanın ən güclü karate ölkələrinin idmançıları qatılıb.
AMKF-in prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Y.Bəşirov yarış ərəfəsində Las Veqaasda amerikalı həmkarları ilə görüşlər keçirib, karatenin perspektivlərindən danışıbılar.