Millimizin DÇ üçün heyəti ayın 28-də açıqlanacaq
Bu il Finlandiyada Avropa çempionatının qalibi olan böyüklərdən ibarət milli komandamız 2014-ün ən məsul yarışına hazırlaşır. Azerisport.az xəbər verir ki, idmançılarımız oktyabrın son həftəsi baş məşqçi, əməkdar məşqçi Rəhman Hətəmov və köməkçisi Rəşad Hüseynovun rəhbərliyi ilə noyabrın əvvəlində Almaniyanın Bremen şəhərində dünya çempionatı qabağı axırıncı məşqlərini keçirəcəklər.
Milli komandanın heyətində bir sıra dəyişiklik və yeniliklər var. Oktyabrın 28-də "Şəfa" İdman Sağlamlıq Mərkəzində Milli Karatae Federasiyasının zalında son məşq günü dünya çempionatının heyəti və yarışa yollanan hakimlərin adları açıqlanacaq. Federasiya rəhbərliyi tərəfindən həmin gün media üçün "Açıq məşq" elan edilib. Saat 11:00-da media nümayəndələri son məşq gününə dəvətlidi.