Azərbaycan Milli Karate Federasiyasının bir sıra milli dərəcəli hakimlərinin dərəcələri artırıldı
19 aprel 2014 14:33
Hakimlər komitəsinin sədri, beynəlxalq dərəcəli hakim və əməkdar məşqçi Cahangir Babayevin rəhbərliyi altında hakimlər komitəsinin üzvləri ilə birgə yığıncaqda imtahanların nəticələri açıqlandı. Azerisport.az xəbər verir ki, hakimlərlə birlikdə cari məsələlər müzakirə olundu, onların sualları cavablandırıldı.
Mayın əvvəlində böyüklərin Avropa çempionatı və iyunda federasiyanın baş sponsoru Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda yeniyetmələr arasında beynəlxalq turnirlə bağlı hakimlərə ətraflı məlumat verildi və onlara qarşıda duran vəzifələr çatdırılıdı.
Baş katib Mir-Cabbar Seyidov başda federasiya prezidenti Yaşar Bəşirov olmaqla rəhbərlik adından yeni dərəcələr münasibti ilə milli hakimləri təbrik etdi, onlara uğurlar arzuladı.
Yığıncağın sonunda nəzəri və praktiki imtahanların nəticələrəinə əsasən 30-dək milli dərəcəli hakimə müxtəlif sertifikatlar verildi.
(AMKF)