Cüdo üzrə Aran birinciliyinə start verildi
21 oktyabr 2016 16:40
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə regionlarda keçirilən yarışlar davam edir. Azerisport.az xəbər verir ki, övbəti region birinciliyi Bərdə rayonunda keçirilir. Aran Bölgəsi birinciliyində 109 cüdoçu medallar uğrunda mübarizə aparır.
2000-2002-ci illər təvəllüdlü cüdoçular arasında 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və 73 kq çəki dərəcələrində, 2003-2005-cü illər təvəllüdlü cüdoçuların mübarizəsində isə 30 kq, 34 kq, 38 kq, 42 kq, 46 kq, 50 kq, 55 kq, 60 kq və 66 kq çəki dərəcələrində qaliblərin adlarına bu gün aydınlıq gələcək.
Qeyd edək ki, Aran birinciliyndə 9 rayonun – Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Goranboy, Laçın (Taxta körpü), Ucar, Yevlax və Zərdabın cüdo məktəblərinin yetirmələri qüvvələrini sınayırlar.