Şükürov Daşkənddə gümüş medal qazandı
8 oktyabr 2016 21:00
Özbəkistanın Daşkənd şəhərində cüdo üzrə “Qran-Pri” yarışina yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandası mötəbər turnirin son günündə növbəti medalını qazanıb.
100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Cəlil Şükürov ilk qarşılaşmasında meydan sahibi Erkin Doniyrov üzərində qələbə qazanıb. Yarımfinalda türkmənistan təmsilçisi Sahidzhol Saidova qalib gələrək finala yüksəlib. Şükürov həlledici görüşdə isə Özbəkistan cüdoçusu Soyib Kurbonova məğlub olaraq gümüş medal qazanıb.
Qeyd edək ki, dünən daha bir təmsilçimiz – Rüfət İsmayılov (81 kq) milli komandamıza bürünc medal qazandırmışdı.