Fotoreportaj|Video|На русском

Cüdo

Uğur qazanan cüdoçularımız mükafatlandırıldı

8 oktyabr 2016 00:40

Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərliyin gəlişindən sonra bu idman növünün ölkəmizda daha da populyarlaşması üçün yeni prioritet istiqamətlər müəyyənləşdi. Azerisport.az xəbər verir ki, federasiyanın 10 sentyabr 2015-ci ildə keçirilmiş Konfransı cüdo tariximizin yeni səhifəsi oldu.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə keçirilən konfrasda İcraiyyə Komitəsinin yeni tərkibdə seçilməsi, Nizamnaməyə zəruri dəyişikliklərin edilərək qəbul olunması, Olimpiya Oyunları öncəsi gücləndirilmiş xüsusi fəaliyyət proqramının təsdiqi gələcək böyük uğurlarımızın təməlini qoydu.

Bu gün Azərbaycan Cüdo Federasiyasında olimpiya oyunları, paralpiyada və Avropa çempionatlarında uğur qazanan böyüklər, gənclər və yeniyetmələrdən ibarət milli komandalarımızın üzvlərinin mükafatlandırma mərasimi keçirilib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentləri Mikayıl İsmayılov, Sadıq Sadıqov, Elnur Məmmədli, icraiyyə komitəsinin üzvləri, idmançılar və məşqçilər, cüdo ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Prezident İlham Əliyevin ölkəmizdə hər zaman olimpiya hərəkatı və idmanın inkişafına diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb.  Rövnəq Abdullayev beynəlxalq yarışlarda qazanılan uğurlarda cüdoçularımızın da payının olduğunu qeyd edib. Bu nailiyyətlərin gələcək çempionatlarda Avropa , dünya birinciliklərində və Tokiyo olimpiadasında davam etdiriləcəyinə ümidvar olduğunu söyləyib. Sonra Azərbaycan Cüdo Federasiyasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Elnur Əşrəfoğlu son bir ildə əldə olunan nailiyyətlər və görülən işlər barədə məlumat verib. Bildirilib ki, bu müddət ərzində cüdoçularımız iştirak etdikləri 41 beynəlxalq səviyyəli yarışdan 150 medal qazanıblar. Bunlardan 50-si qızıl, 29-u gümüş və 71-i bürünc medaldır.  Milli komandamızın cüdoçuları Braziliya, Rusiya, İspaniya, Finlandiya, Argentina, Kuba, Yaponiya, Koreya, Çin Xalq Respublikası, Monqolustan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya və digər ölkələrdə keçirilən ən mötəbər yarışlarda parlaq qələbər qazandıqları vurğulandı.

Ötən bu müddət ərzində respublika, regional və şəhər miqyaslı çempionat və birinciliklər də yüksək təşkilatçılıq səviyyəsi, iştirakçıların rekord sayı ilə yaddaqalan olub.

2016-cı ilin may ayında Bakıda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” turniri ən yüksək səviyyədə

təşkil olunub. Bu fakt Beynəlxal Cüdo Federasiyasından daxil olmuş ekspertlər qrupunun yekun hesabat protokolunda da öz əksini tapıb.

Görüşdə Beynəlxalq Cüdo Federasiyasının Braziliyanın Rio de Janeyro şəhərində keçirdiyi konqresdə 2018-ci il dünya çempionatının Bakı şəhərində keçirilməsi barədə qərar qəbul etdiyini və bu barədə müvafiq sazişin yaxın zamanda imzalanma mərasimi baş tutacağı faktı da xüsusi qeyd olunub. Əlbətdəki, belə bir mötəbər yarışın ölkəmizə həvalə olunması Azərbaycan Cüdo Federasiyasının yüksək təşkilatçılığının və idmançılarımızın son vaxtlar əldə etdikləri zəfərlərin göstəricisidir.

Daha sonra Rövnəq Abdullayev beynəlxalq yarışlarda medallar qazanan idmançılarımız, onların şəxsi məşqçiləri və milli komandanın məşqçisi və texniki heyətinin üzvlərinə pul mükafatları, qiymətli hədiyyələri təqdim edib. Rio olmpiya oyunlarının mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov cüdo kimanosunu Rövnəq Abdullayevə təqdim ediblər. Sonda Azərbaycan Cüdo Federsiyasının prezidenti idmaçılamıza gələcək yarışlarda uğurlar arzulayıb və onlarla xatirə şəkili çəkdirib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah