İspaniyada tarix yazan cüdoçularımız böyük coşğu ilə qarşılandı
20 sentyabr 2016 11:40
İspaniyada cüdo üzrə gənclər arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. Azerisport.az xəbər verir ki, mötəbər turnirdə 2 qızıl medal və komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanmış milli komandamızın üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri və bir qrup azarkeş böyük coşqu ilə qarşılayıblar.
Qeyd edək ki, Avropa çempionatında cüdoçularımızdan Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) qızıl medala sahib olublar.