Milli komandamız Rio Yay Olimpiya Oyunlarına hazırlaşır
12 iyul 2016 19:00
Cüdo üzrə Azərbaycan milli komandası Şahdağ Qış-Yay Turizm Kompleksində təlim-məşq toplanışında iştirak edir. Azerisport.az xəbər verir ki, Rio Yay Olimpiya Oyunlarına hazırlıqlarını davam etdirən cüdoçularımız gün ərzində iki dəfə məşq keçirlər.
Azərbaycanda iyulun 17-də təlim-məşq prosesini başa vuracaq milli komandamız daha sonra Almaniyaya yollanacaq. Cüdoçularımız hazırlıqlara Berlin şəhərində davam edəcək.