Fotoreportaj|Video|На русском

Cüdo

Rüstəm Orucov: 16 ildir bu medalı gözləyirdim

23 aprel 2016 11:30

Cüdo üzrə Avropa çempionu Rüstəm Orucovun azerisport.az saytına müsahibəsi

- Kazana gələndə Avropa çempionu olacağını gözləyirdin?
- Düzünü deyim ki, mükafatçılar sırasında olmaq istəyirdim. Hər bir idmançı qızıl medal arzulayır. Hər gün məşq edirdik. Yekun haqda düşünməyə vaxt olmurdu. İlk döyüşlərdə qələbə qazanandan sonra çempionluq haqda fikirləşməyə başladım. Bu Avropa çempionatını unutmayacam. Mənim üçün ən yaxşı anlarla yadda qaldı.

- Ən çətin görüşün hansı oldu?
- Final görüşüm olduqca çətin alındı. Təsəvvür edin ki, rəqib olimpiya çempionudur. Gürcü idmançıyla əvvəllər də qarşılaşmışıq. Ümumi görüşlərimizin nəticəsi mənim xeyrimədir. Qitə birinciliyində mübarizə aparmaq ikiqat çətin olur. Avropa çempionatında qızıl medal mənim üçün özəl xatirələrdir.

- Azərbaycan son dəfə qitə qızılını bilirsən nə vaxt qazanıb?
- Səhv etmirəmsə, 2011-ci ildə. O vaxt Elnur Məmmədli Avropa çempionu olmuşdu. 5 illik həsrət bitdi. Əslində Orxan da qızılın bir addımlığındaydı. Komandamızda yaxşı idmançılar çoxdur. 5 ildən sonra Azərbaycan idmançısının qızıl medal əldə etməsi böyük uğurdur.

- Yarımfinalda rus idmançısıyla görüşün heç də asan olmadı. Ona qarşı Kazanda çıxış etmək nə dərəcədə çətin idi?
- Bütün zal Rusiya qışqırırdı. Ona çox dəstək olurdular. Bu başa düşüləndi. Heç kimə baxmırdım. Ancaq öz işimi görürdüm. Son anda istədiyimi yerinə yetirdim. Yarımfinaldan sonra ancaq çempionluğu arzulayırdım. Bu qələbədə federasiya, məşqçilər və mənə dəstək olan insanların əməyi az deyil.

- Avropa çempionu olmaq sənin üçün nə deməkdir?
- Mən bu medalı 16 ildir gözləyirdim. İndiyə qədər 3 Avropa çempionatında iştirak etmişəm. Heç vaxt medal qazanmamışam. İndi isə qızıla layiq görüldüm. Çox xoşbəxtəm. Bununla kifayətlənmək istəmirəm. Üzərimdə daha çox çalışmalıyam. İndi bizim üçün hər cür şərait yaradılıb. Ona görə daha səylə məşq etməliyik.

- Finala gedəndə məşqçilər nə dedi sənə?
- Final görüşünə çıxanda məşqçimiz Fərhad müəllim dedi "çıx nəyi bacarırsan göstər". Bütün məşqçilərimiz mənə inanırdı. Baş məşqçi də məsləhətlərini verdi. Dedilər "bacaraqsan". Hamısı deyirdi ki, "gücünü göstərsən, qızıl medal sənindi". Gürcü idmançı texniki cəhətdən çox yaxşı formada idi. Ona görə bir qədər ehtiyatlı davranırdım.

- 2016-cı il olimpiada ilidir. Yəqin Rio ilə bağlı daha böyük arzuların var?
- Avropa çempionu olmaq arzularımdan biri idi. Rioda Azərbaycanı layiqincə təmsil etmək istəyirəm. Sözsüz ki, olimpiada medalı tam fərqli hisslərdir. Bu gün çempion olmuşam. Amma bir neçə gündən sonra bütün diqqətim Rio-ya yönələcək. Heç bir proqnoz vermək istəmirəm. İdmançı kimi məşq etməliyəm. Üzərimdə işləmək mütləqdir.

Другие новости этого раздела

Rüstəm Orucov dünyanın bütün cüdoçularını arxada qoydu13 dekabrYeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib09 dekabrBeynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqladı05 dekabrSumqayıtda beynəlxalq cüdo turniri keçirilir02 dekabrYeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək01 dekabrMayamidə medal qazanan veteran cüdoçularımız Bakıya döndülər24 noyabrAzərbaycan cüdoçularından DÇ-də 5-ci medal22 noyabrZülfiyyə Hüseynova DÇ-də gümüş medal qazandı22 noyabrDünya çempionatında daha bir medal21 noyabrZaur Paşayev dünya çempionu oldu20 noyabrVeteran cüdoçumuz dünya çempionu oldu19 noyabrVeteran cüdoçularımız Mayami şəhərinə yollandılar17 noyabrAÇ-də medal qazanan cüdoçular Bakıya qayıtdılar14 noyabrCüdo üzrə Bakı açıq çempionatı başa çatdı13 noyabrBakı çempionatında ilk günün nəticələri13 noyabr
22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 20:20 Neftçi məğlub olsa da, yarımfinala çıxdı 20:10 Adil Şükürov: Azarkeşlər bu il Zirədən çox şey gözləyirlər20:00 Elxan Abdullayev: Zirə kimə 4 qol vurub ki, bizə də vursun?19:55 Sumqayıt Qarabağla doğma meydanda da bacarmadı 19:40 Qriqorçuk: İli komandam üçün uğurlu hesab edirəm19:20 AZAL da sürpriz edə bilmədi 19:10 Qəbələ AZAL-a səfərdə də qalib gəldi 19:00 Yarımfinal cütlükləri bəlli oldu18:55 Neftçi, Qəbələ, İnter və Qarabağ yarımfinalda!18:25 İnteri yarımfinala çıxaran heç-heçə 18:10 Kəpəz İnterlə Gəncədə də bacarmadı 17:50 Qurban Qurbanov: Bu il bizim üçün təcrübə ili oldu17:00 Şahin Diniyev: Bir qol lazım idi ki, ardı gəlsin
BAKU 2020
Neftchi fan shop