Cüdo üzrə ölkə birinciliyi keçiriləcək
8 fevral 2016 14:20
Fevralın 9-13-də Bakı İdman Sarayında cüdo üzrə yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək. Azerisport.az xəbər verir ki, 9-11 fevralda kiçik yaşlı yeniyetmələr (U-15), 12-13 fevralda isə gənclər (U-21) tatami üzərinə cıxacaqlar.
Yarışlar hər gün saat 10:00-da start götürəcək. Final görüşləri isə 17:00-dan etibarən başlayacaq.
Azərbaycan Cüdo Federasiyası bütün cüdosevərləri Bakı İdman Sarayına dəvət edir. Giriş sərbəstdir.