İdmançımız Dünya Yay Universiadasının medalını qazandı
7 iyul 2015 15:00
Koreya Respublikasının Kvancu şəhərində keçirilən tələbələrin 28-ci Dünya Yay Universiadası davam edir. Azerisport.az xəbər verir ki, cüdo yarışlarında “Neftçi İdman Klubu”nun təmsilçisi Hüseyn Rəhimli (73 kq) üçüncü yer uğrunda mübarizədə rusiyalı Zəlimxan Ozdoyevi ipponla məğlub edərək bürünc medal qazanıb.