Mart ayının ən yaxşı futbolçusu bəlli oldu
5 aprel 2012 01:47
Mart ayının ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Rahid Əmirquliyev ötən ayın ən güclü futbolçusu seçilib.
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi respondentlərin 31 faizlik səs çoxluğunu (191 səs) qazanıb. Qeyd edək ki, Rahid bu mövsümdə ilk dəfədi ki, ən yaxşı adını qazanır.
Rahidin ən yaxın izləyicisi “Neftçi”nin müdafiəçisi Ruslan Əmircanov olub. Paytaxt klubunun üzvü səslərin 24 faizini toplaya (149 səs) bilib.
Üçüncü yeri isə “Qəbələ”nin hücumçusu Yannik Kamanan tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 19 faiz (114) səs toplayıb. Lakin maraq üçün onu da bildirək ki, PFL-in jurnalistlər, futbol klublarının baş məşqçiləri və kapitanları arasında apardığı sorğu nəticəsində məhz “Qəbələ”nin hücumçusu Yannik Kamanan mart ayının ən yaxşı futbolçusu seçilib. Bu isə, sadəcə saytımızı ziyarət edən oxucuların rəyi idi.