Noyabr ayının futbolçusu - Alim Qurbanov
6 dekabr 2010 13:47
Azerisport.az noyabr ayının futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuya yekun vurub. 6 futbolçunun namizəd kimi göstərildiyi siyahıda oxucularımız Xəzər Lənkəran`ın təcrübəli üzvü Alim Qurbanova səs veriblər. Respondentlərin 33 faizi məhz bu oyunçunun ötən ayın ulduzu olduğu qənaətindədir.
İkinci pillədə isə 27 faiz səs toplayan AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi yer alıb. Pavel Doroşevs (Qəbələ), Anxel Qutyerres (Muğan), Leonardo Roşa (Bakı) və Rauf Mehdiyev (Neftçi) isə daha az səs toplayıb.