Ayın futbolçusu yenə də Bahodir Nəsimov oldu
7 oktyabr 2010 17:41
Azerisport.az saytında sentyabr ayın futbolçusu seçildi. Sorğunun nəticələrinə görə birinci yer uğrunda "Neftçi"-nin hücumçusu Bahodir Nəsimov və "Xəzər-Lənkəran"-ın qapıçısı Kamran Ağayev arasında əsas mübarizə gedirdi. Lakin sonda qalib səslərin 39% toprlayan Bahodir Nəsimov oldu. Kamran Ağayevə isə cəmi bir neçə səs çatmadı – 34%.
Digər nəticələr isə belədi: Ceyhun Sultanov – 13%, Saşa Yunisoğlu – 9%, Stefan Borbikoni və Jaba – hərəyə 3%.
Qeyd edək ki, Nəsimov avqustda da Ayın futbolçusu adına layiq görülmüşdür.