Sentyabr – 2010: Bu dəfə kim olacaq?
1 oktyabr 2010 17:37
Azerisport.az saytında sentyabr ayının futbolçusu seçilir.
Ayın futbolçusu adına namizədlər bunlardı:
Bahodir Nəsimov ("Neftçi") – çempionatın ən sərrast futbolçusu;
Ceyhun Sultanov ("Gəncə") – komandasının oyununda və əldə etdiyi uğurlu nəticələrdə əvəzedilməz rol oynayır;
Kamran Ağayev ("Xəzər-Lənkəran") – 7 oyun ərzində bir dəfə də olsun qapısından top buraxmayıb;
Stefan Borbikoni və Jaba ("Bakı") – Stefan müdafiədəki oyunu ilə seçilir, baxmayaraq ki müdafiə oyunçusudur komandanın heyətində artıq bir qol vurub, Jaba isə komandanın bombardiri və hazırda ən yaxşı futbol göstərən oyunçusu;
Saşa Yunisoğlu ("Qəbələ") – "radarların" heyətində müdafiədə özünü yaxşı tərəfdən göstərir, həmçinin yeni komandasında artıq iki qolun müəllifidir.