Avqust – 2010: Birinci kim olacaq?
31 avqust 2010 17:04
Azerisport.az saytında avqust ayının futbolçusu seçilir.
Ayın futbolçusu adına namizədlər bunlardı:
Bahodir Nəsimov və Rəşad Abdullayev ("Neftçi") – birincisi çempionatın hazırki bombardiri, ikincisi yarımmüdafiə xəttində inamlə oyun və "motor" funksiyalarını yerinə yetirir;
Elvin Beqiri ("Xəzər-Lənkəran") – müdafiədəki oyunu ilə seçilir, həmiçinin komandasının 4 qolundan ikisi onun hesabındadır;
Qiorqi Lomaya ("İnter") – üç oyun ardıcıl olaraq – ümumilikdə 303 dəqiqə qapısını toxunulmaz saxladı;
Jaba ("Bakı") – klubun uğursuz startına baxmayaraq, hər oyunda özünü yaxşı tərəfdən göstərir, komandasının 4 qolundan üçü onun hesabındadır;
Vüqar Nadirov və Maksim Medvedev ("Qarabağ") – Avropa Liqasında Almaniyanın "Borussia" (Dortmund) komandasından 0:5 ümumi hesablı məğlubiyyət almasına baxmayaraq, bu futbolçular hər iki görüşdə özünü yaxşı tərəfdən göstərdi, sağ cinahı demək olar ki tam öz əllərinə keçirmişdilər.