İyulun futbolçusu Əfran İsmayılov oldu
8 avqust 2010 19:03
Azerisport.az saytında İyul ayının futbolçusu seçildi. Sorğunun nəticələrinə görə birinci yeri səslərin 68% toprlayaraq rəqiblərini xeyli qabağlayan Əfran İsmayılov tutdu. Biz onu bütün redaksiya adından təbrik edirik.
Digər nəticələr isə belədi: Fərhad Vəliyev – 10%, Rəşad Sadıqov – 6%, Vaqif Cavadov – 4%, Jaba – 3% (24 səs), "digər futbolçu" – 3% (21), Qeorqi Lomaya – 2%, Aleksandar Şoliç – 1% (10), Emin İmaməliyev – 1% (8), Qirts Karlsons – 0%.
Qeyd edək ki, sorğuda 693 nəfər iştirak edib.