Mayda Azərbaycanın ən yaxşı futbolçusu kimdir?
31 may 2010 14:00
Mayın son gününü yaşayırıq. Deməli, daha bir qəhrəmanı seçmək vaxtıdır.
Azerisport.az xəbər verir ki, ilin 5-ci ayı bir neçə vacib hadisə ilə yadda qaldı. Birincisi, İnter gərgin mübarizədə Azərbaycan çempionu oldu. İkincisi, Bakı Azərbaycan kuboku qazandı. Üçüncüsü, Azərbaycan yığması növbəti təlim-məşq toplanışına yığışdı və mayın son günlərində iki yoldaşlır görüşü keçirdi. Məhz bu hadisələrin əsas qəhrəmanları ayın ən yaxşı futbolçusu adını qazanmağa namizədlərdir.
Jaba (Bakı)
Vurğun Hüseynov (Qəbələ)
Fərid Quliyev (Standard)
Amit Quluzadə (Neftçi)
Elvin Məmmədov (Qarabağ)
Robertas Poşkus (İnter)
Rəşad Sadıqov (Qarabağ)
Aleksandr Şoliç (Bakı)
Səslərinizi gözləyirik!
Xatırladaq ki, azerisport.az-ın fevral ayı üçün analoji sorğusunda XL-li Junior Osvaldo (Juninyo), martda Neftçinin futbolçusu Araz Abdullayev, apreldə Anjinin və Azərbaycan millisinin üzvü Mahir Şükürov qələbə qazanmışdı.