Aprel ayının ən yaxşı futbolçusu - Mahir Şükürov
Azerisport.az-ın oxucuları növbəti ayın qəhrəmanını müəyyənləşdirdi. Aprelin ən yaxşı futbolçusu adına Anjinin və Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov layiq görüldü.
Respondentlərin 38%-nin səsini alan Mahirin ən yaxın rəqibi XL-li Emeka Opara oldu – 31%. Ötən aydakı sorğunun qalibi Araz Abdullayevlə də gərgin mübarizə aparan nigeriyalı hücumçunun bəxti bu dəfə də gətirmədi. Şərti üçüncü pilləyə 8% səslə Georgi Adamiya çıxıb.
Cavid Hüseynov (Neftçi) 7%, Aleksandr Şoliç (Bakı) 5%, Robertas Poşkus (İnter) və Tomaş Ştolpa (Qəbələ) isə hərəyə 3% səs toplayıblar. “Apreldə heç kimin oyununu bəyənmədim” deyənlərin sayı 4%-ə bərabərdir.
Xatırladaq ki, fevral ayında XL-in futbolçusu Juninyo, martda isə Neftçinin və Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayev qalib olmuşdu.