Apreldə Azərbaycanın ən yaxşı futbolçusu kimdir?
28 aprel 2010 17:00
Aprel ayı başa çatır. Deməli, azerisport.az daha bir ayın ən yaxşı azərbaycanlı futbolçusunu müəyyənləşdirməlidir.
İlin dördüncü ayında özünü ən yaxşı tərəfdən göstərən və həmkarlarını aşkar köldəgə qoyan oyunçuya rast gəlmədik. Amma vacib qolları və qol ötürmələri ilə komandalarının uğuruna töhfə verənlər oldu. Onların da siyahısı qarşınızdadır:
Mahir Şükürov (Anji)
Emeka Opara (XL)
Robertas Poşkus (İnter)
Aleksandr Şoliç (Bakı)
Georgi Adamiya (Qarabağ)
Cavid Hüseynov (Neftçi)
Tomaş Ştolpa (Qəbələ)
Adıçəkilən futbolçulardan heç birini bəyənməyənlər üçün də cavab variantı nəzərdə tutulub.
Səslərinizi gözləyirik!
Xatırladaq ki, azerisport.az-ın fevral ayı üçün analoji sorğusunda XL-li Junior Osvaldo (Juninyo), martda isə Neftçinin futbolçusu Araz Abdullayev qələbə qazanmışdı.