Martın ən yaxşı futbolçusu kim olacaq?
Azerisport.az mart ayının ən yaxşı futbolçusunun müəyyənləşdirilməsi üçün müsabiqəyə başlayır. Bu gündən etibarən siz saytımızda “Ən yaxşı” adına layiq hesab etdiyiniz futbolçuya səs verə bilərsiniz.
Namizədlər barədə o qədər də çox düşünmədik. Mart ayı milli komandanın Lüksemburqla keçirdiyi yoldaşlıq oyunu ilə əlamətdar oldu. Bundan əlavə, fevralın 25-də Berti Foqtsun yetirmələri səfərdə İordaniya ilə görüşdülər. Ötənaykı sorğuda bu matçın nəticəsi və orada ayrı-ayrı futbolçuların sərgilədiyi oyun nəzərə almadığından, ədaləti bu dəfə bərpa edirik: məsələn, Fabio Luis Ramimin namizədlər sırasına düşməsində klubunda göstərdiyi inamlı futbolla yanaşı, İordaniyaya vurduğu qolun da təsiri oldu.
Namizədlərin tam siyahısı isə belədir:
Bundan əlavə, öz namizədini yuxarıda adı çəkilənlərin arasında tapa bilməyən və ümumiyyətlə, heç bir futbolçunun oyununu bəyənməyənlər üçün də cava variantları mövcuddur.
Səslərinizi gözləyirik!