Osvaldo Martins Juninyo
4 mart 2010 13:20
Azerisport.az-da Azərbaycanda ayın ən yaxşı futbolçusunu müəyyənləşdirən ilk sorğu başa çatıb. Sorğunun nəticələrinə görə, “Xəzər Lənkəran”ın braziliyalı yarımmüdafiəçisi Junior Osvaldo Martins, yaxud, sadəcə, Juninyo respondentlirin 27%-nin səsini toplayaraq birinci olub.
“Neftçi”nin rumıniyalı hücumçusu Adrian Nyaqa 22% səslə ikinci, “Karvan”da növbəti gəncliyini yaşayan Xaqani Məmmədov 16%-lə üçüncü olub. Bu “üçlüy”ü sona qədər yalnız “Qarabağ” və Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov izləyib. Lakin onun topladığı səs faizi – 14% - “şərəf kürsüsü”nə qalxmağa imkan verməyib.
Digər namizədlər isə daha az səs toplayıblar: Girts Karlsons (“İnter”) – 5%, Kristian Torres (“Qəbələ”) – 4%, Ruslan Qunçak (“Simurq“) – 2%.
7% respondent ümumiyyətlə, fevralda heç kəsi bəyənməyib. Qalan 3% isə yalnız özlərinə məlum olan “digər oyunçu”ya səs veriblər.