Ruslan Ağamirov: AÇ-də medal uğrunda yarışmaq istəyirəm
7 mart 2016 14:15
Batut gimnastikası üzrə Dünya Kuboku yarışlarında ölkəmizi təmsil edən Ruslan Ağamirov çıxışı barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Etiraf edim ki, həyəcan var idi. Hər halda evdə çıxış etmək asan deyil, hamı istəyir ki, biz yaxşı çıxış edək. Prinsipcə, hər şey etdim, daha da yaxşı ola bilərdi. Fikrimcə, hər şey normaldır. Bəxtimiz gətirsəydi, mükafatçılar sırasında yer ala bilərdik. Bir qədər bəxt bizim tərəfdə olmadı. Ayın sonunda İspaniyada baş tutacaq Avropa çempionatında yarışlar olacaq. Finala çıxmağa çox ümid edirik. Orada medallar uğrunda mübarizə aparmaq lazımdır".