Fotoreportaj|Video|На русском

Gimnastika

Fərid Qayıbov: Dünya Kubokunda kifayət qədər güclü yığmalar təmsil olunacaq

3 mart 2016 12:20

“5-6 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında ilk dəfə keçiriləcək batut gimnastikası üzrə FIG Dünya Kuboku Azərbaycanda bu gimnastika növünün inkişafına səbəb olacaq”. Azerisport.az xəbər verir ki, bunu “Vestnik Kavkaza” portalının müxbiri ilə söhbəti zamanı Avropa Gimnastika İttifaqının Vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının Baş katibi Fərid Qayıbov deyib.

Hazırkı turnir bu il Bakıda keçirilən beynəlxalq gimnastika yarış mərhələlərinin bir hissəsidir. “İki həftə öncə idman gimnastikası üzrə FIG Dünya “Challenge” Kuboku keçirildi, bu həftə biz batut gimnastikası üzrə Dünya Kubokunu təşkil edirik, iyulda isə bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq”, - deyə, Avropa Gimnastika İttifaqının Vitse-prezidenti bildirib.

O qeyd edib ki, Azərbaycan Gimnastika Federasiyası yarışların keçirilməsi üçün öz imkanlarından, ilk öncə isə Milli Gimnastika Arenasının imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışır.

“Son illərdə biz gimnastikanın üç yeni növünü inkişaf etdirməyə başlamışıq. Belə ki, hazırda Azəbaycanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən tanınan yeddi gimnastika növü fəaliyyət göstərir. Onlardan biri isə bu növ üzrə artıq müəyyən nailiyyətlərimizin olduğu batut gimnastikasıdır. Belə ki, keçən il İlk Avropa Oyunları zamanı gimnastımız İlya Qrişunin bürünc medal qazandı”, - deyə,  F.Qayıbov xatırladıb.

Azərbaycan Gimnastika Federasiyası batut gimnastikasının inkişafında maraqlıdır, çünki bu Olimpiya idmanın növüdür. “Turnirlər gimnastikaya olan marağı artırır: hər dəfə belə yarışlardan sonra biz yüzlərlə zəng qəbul edirik, bizim “Facebook” sosial şəbəkəsindəki səhifəmizə daim şərhlər yazırlar. Federasiyanın ən mühüm vəzifələrindən biri - gimnastikanın bütün növlərinin inkişafıdır və biz bu Dünya Kubokunun yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni edirik ki, Azərbaycanda batut gimnastikası üzrə beynəlxalq yarışları hər il keçirə bilək”, - deyə, Federasiyanın Baş katibi qeyd edib.

Bu Dünya Kubokunda iştirak etmək üçün Bakıya məşhur gimnastların gəlməsi gözlənilir. “Kubokda iştirak üçün sonuncu Olimpiya Oyunlarının gümüş medalçısı Rusiya təmsilçisi Dmitri Uşakov gələcək. Dünya Çempionatının mükafatçısı Vladislav Qonçarov daxil olmaqla çox güclü Belarus idmançıları yarışlara qatılacaq. Fransadan Sebastyan Martini, Rusiayadan Andrey Yudin və Mixail Melnik – bunların hamısı Dünya Çempionatlarının mükafatçılarıdır. Qadınlar arasında da güclü gimanstlar çıxış edəcək, misal olaraq Özbəkistandan Yekaterina Xilko, Belarusdan Tatyana Petrenya, Ukraynadan Natalya Moskvina, Rusiyadan Yana Pavlovanı göstərmək olar. Ümumilikdə, Dünya Kubokunda kifayət qədər güclü yığmalar təmsil olunacaq. Avropa idmançıları üçün bu yarışlar martın sonu İspaniyada keçiriləcək Avropa Çempionatından öncə bir növ sınaq turniri hesab olunur, çünki bu yarışlar arasında digər əhəmiyyətli turnir olmayacaq”, - deyə, F.Qayıbov kubokda digər qitələr, o cümlədən Avstraliya və Amerikadan olan gimnastların iştirak edəcəyini əlavə edərək bildirib.

“Təbii ki, biz öz idmançılarımıza güvənirik və çox çətin olsa da onların medal qazanmasına ümid edirik. Bakıda uğurla çıxış etmiş İlya Qrişunin hazırda yaxşı formadadır, bu yoxlama məşqində də aydın oldu, lakin ona psixoloji cəhətdən tab gətirmək lazımdır. Batut gimnastikasında əvvəlcədən proqnoz vermək mümkün deyil. Təbii ki, digər idmançılarımız Svetlana Makştarova – komandamızın liderinin də medal qazanmaq üçün şansı var, lakin yenə də hər şey onların əhvalından asılıdır. Necə deyərlər, doğma divarlar kömək edir, ancaq gərginlik də yüksək olacaq”, - deyə, Avropa Gimnastika İttifaqının vitse-prezidenti diqqətə çatdırıb.

Öz tərəfindən Azərbaycan Gimnastika Federasiyası da batut gimnastikası üzrə yığmanın məşqləri və inkişafı üçün hər cür şərait yaradıb. “Bu gimnastika növü hələ çox gəncdir. Cəmi iki ildir ki, Federasiya Azərbaycanda idmanın bu növünü inkişaf etdirir. Bizim ciddi planlarımız var – ev sahibliyi etdiyimiz Dünya Kuboku və yaxınlaşan Avropa Çempionatı. Daha sonra isə batut gimnastlarına növbəti ilə - yeni Olimpiya dövrəsinə hazırlaşmaq lazım gələcək. Ümumilikdə isə, biz hazırki yığmadan razıyıq”, - deyə F. Qayıbov bildirib.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah