Fotoreportaj|Video|На русском

Gimnastika

"Gimnastika Arenasından daha yaxşısı gimnastların arzularında belə ola bilməz"

2 mart 2016 16:00

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti Olimpiya Oyunlarının bürünc medalçısı, Özbəkistan idmançısı Yekaterina Xilko ilə müsahibə aparıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.

- Bu Sizin Bakıya ilk səfərinizdir? Əgər belədirsə, təəssüratlarınızı bilmək maraqlı olardı.
- Bəli, bu mənim Bakıya ilk səfərimdir. Doğrudur, mənim hələ şəhərdə gəzmək imkanım olmayıb, lakin hava limanından sizin gözəl idman mərkəzinə gələrkən hələ yollar çox xoşuma gəldi. Qış fəsli olmasına baxmayaraq, yaşıllıq çoxdur, hər yer təmiz və baxımlıdır.

- Milli Gimnastika Arenası haqqında nə deyə bilərsiniz?
- Fikrimcə, bu arenadan daha yaxşısı gimnastların arzularında belə ola bilməz. Burada səmərəli məşqlər keçirmək və yaxşı nəticələr əldə etmək üçün hər cür şərait yaradılıb. Yəqin ki, hər bir idmançı belə idman bazasına həsəd apara bilər.

- Batut gimanstikası ilə nə vaxtdan məşğulsunuz?
- Bilavasitə bu gimnastika növü ilə mən səkkiz yaşından məşğulam. Valideynlərim idman gimnastikası üzrə idman ustalarıdırlar. Ona görə də, mən, demək olar ki, 2-3 yaşımdan idman zalındayam (gülümsəyir).

- Xahiş edirik, bizə əldə etdiyiniz nailiyyətlərdən danışın.
- Təbii ki, mənim ən böyük nailiyyətim Pekində keçirilən Olimpiya Oyunlarında bürünc medal qazanmağımdır.

- Yekaterina, Siz Olimpiya Oyunlarının bürünc medalına layiq görüləndə hansı hissləri keçirdiniz?
- Deyə bilərəm ki, bu mənim üçün gözlənilməz oldu, digər tərəfdən isə bunu həm də gözləmək olardı. Lakin, düşünürəm ki, istənilən dəyərə malik Olimpiya medalı, əlbəttə ki, hər bir idmançı üçün böyük mükafatdır. Odur ki, təəssüratlar təsviredilməzdir. İlk dəqiqələrdə sən nə baş verdiyini anlaya bilmirsən.

- Bu Dünya Kuboku mərhələsindən nə gözləyirsiniz?
- Hesab edirəm ki, istənilən idman növündə, eləcə də batut gimnastikasında əvvəlcədən proqnoz vermək düzgün deyil. Əsas odur ki, öz gücünü göstərəsən və yaxşı nəticələr əldə edəsən. Sonrası isə bu artıq hakimlərin işidir.

- Bəs siz bizim gimnastlarla tanışsınızmı? Onlar haqqında nə deyə bilərsiniz?
- Əlbəttə. Misal üçün, Svetlana Makştarovanı mən artıq çoxdan tanıyıram. Düşünürəm ki, o çox yaxşı idmançıdır və böyük gələcəyi var. Ümumiyyətlə batut gimnastikası üzrə Azərbaycan yığma komandasının bütün üzvlərinin hamısı gənc, istedadlı və perspektivli gənclərdir. Onların hər birinə uğurlar və yüksəliş arzu edirəm!

- Məlum olduğu kimi, Özbəkistanın batut gimnastikası üzrə iki qadın gimnastı Olimpiya Oyunları öncəsi Rioda keçiriləcək Test Turnirində iştirak etmək hüququ əldə edib...
- Bəli, doğrudur. Batut gimnastikası üzrə keçən ilin noyabrında Danimarkada keçirilən Dünya Çempionatında 10-cu yer tutduğum üçün Olimpiadada birbaşa iştirak etmək hüququnu əldə edə bilmədim. Lakin, mən Test Turnirində çıxış etmək hüququnu qazandım və burada mənim Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün hələ də şansım var. Məndən başqa, Özbəkistandan daha bir idmançı apreldə keçiriləcək Test Turnirində iştirak etmək hüququ əldə edib.

- Son olaraq gələcək planlarınız haqda eşitmək istərdik.
- Planlardan danışarkən, ümid edirəm ki, Rioda keçirilən Olimpiadada iştirak edə biləcəyəm. Olimpiya Oyunlarında çıxış etdikdən sonra isə idman karyeramı bitirməyi planlaşdırıram. Bundan sonra isə vaxtımı ailəmə sərf etməyi düşünürəm.

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah