Samir Musayev: Qarabağ möcüzəyə imkan verməyəcək
21 dekabr 2016 14:45
"Qarabağ"ın sabiq hücumçusu Samir Musayev bu komandanın Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı cavab oyunu (ilk oyun 6:0) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ" ilk oyunda 6 cavabsız qol vurmaqla yarımfinala vəsiqəni təmin edib. Meydana hətta əvəzediciləri də buraxsalar, yenə də yarımfinalın adı dəyişməyəcək. İstənilən halda möcüzə baş verməyəcək".