Adil Nağıyev: Neftçinin heç bir futbolçusundan çəkinmirik
"Zirə"nin müdafiəçisi Adil Nağıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi" ilə oyuna qələbə üçün çıxacağıq. 90 dəqiqə ərzində çox şeyə nail olmaq olar. Biz də "Zirə"ni yarımfinala çıxaracaq nəticə əldə etməyə çalışacağıq. Niyə də onlara 3 cavabsız qol vurmayaq? Baş məşqçimiz Adil Şükürov komandasının gücünü bilir. Əks halda o, "Zirə"nin cavab matçında 4 qol vura biləcəyini deməzdi. Müdafiədə diqqətli, hücumda inamlı olmalıyıq. Məncə, çox gərgin oyun olacaq. "Neftçi"nin heç bir oyunçusundan çəkinmirik. Onların heyətində meydana kimin çıxması da önəmli deyil, istənilən halda qələbə qazanmağa çalışacağıq".