“Qarabağın legionerlərsiz oynaması bizim üçün üstünlük ola bilər”
21 dekabr 2016 13:45
"Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolda hər şey olur. Amma burada möcüzə etmək mümkünsüz görünür. Rəqibimiz "Qarabağ"dır. Buna baxmayaraq, meydana qələbə üçün çıxacağıq. Rəqibimiz meydana legionerlərsiz çıxacaq. Başa düşürük ki, bu, bizim üçün müəyyən bir üstünlük ola bilər. Lakin onu da unutmuruq ki, "Qarabağ"ın heyətindəki yerli futbolçular da güclüdürlər. Bizim heyətdə iki itki var: Vurğun Hüseynovla Məhəmməd Hüseynov. Onlar bu görüşdə oynaya bilməyəcəklər. Amma istənilən halda qələbə qazanmaq istəyirik".