Serjinyo: Kəpəzin yarımfinala çıxmaq şansı var
21 dekabr 2016 11:40
"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizim yarımfinala çıxmaq şansımız var. Əlbəttə, Bakıdakı məğlubiyyətdən sonra şansımız azalıb. Amma qarşıda daha bir 90 dəqiqə bizi gözləyir. Ev oyununda qələbə qazanıb, yarımfinala çıxmağa çalışacağıq. "Kəpəz" güclü komandadır, hədəfimizə çata bilərik. Sadəcə, sona qədər mübarizə aparmaq, qol vurmaq lazımdır. Aydın məsələdir ki, "İnter" də zəif rəqib deyil. Ona görə də bu görüşə çox ciddi hazırlaşmışıq".