Orxan Hüseynzadə: Neftçi Türkiyə toplanışı ilə heç bir dəyişiklik etməyəcək
20 dekabr 2016 11:40
"Neftçi"nin icraçı direktoru Orxan Hüseynzadə Türkiyədəki vəziyyətin qeyri-sabit olması səbəbindən bu ölkədə nəzərdə tutduqları təlim-məşq toplanışını ləğv etməyə hazırlaşmadıqlarını bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz artıq qış toplanışını Türkiyədə keçirməyi planlaşdırmışıq. Otel sifariş olunub, biletlər alınıb. Ona görə də qış toplanışı ilə bağlı heç bir dəyişikliyə hazırlaşmırıq. Əksinə, digər yoxlama oyunları ilə bağlı rəqib axtarışlarımızı davam etdiririk".
Qeyd edək ki, "Neftçi" yanvarın 8-də Türkiyənin "Sivasspor" klubu ilə yoxlama oyunu keçirəcək.