"Beşiktaşla yoldaşlıq matçında oynamağı çox istərdim"
20 dekabr 2016 00:20
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandasının cari mövsümdəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu mövsüm ağır və çətin oyunlarımız çox olub. Bundan sonrakı oyunlarımızın da asan keçəcəyini düşünmürəm. Sabah "Sumqayıt"la kubokun cavab matçına çıxacağıq. Hələ yarımfinala çıxdığımızı deyə bilmərik. Bu oyuna ciddi hazırlaşıram. Amma meydana kimin çıxacağına baş məşqçi qərar verəcək. Mənə şans verilməsinə ancaq sevinərəm. Oyundan sonra isə Rusiyaya valideynlərimin yanına yollanacağam. Yeni ili də onlarla qarşılayacağam. "Beşiktaş"la yoldaşlıq matçına gəlincə, bu matçda oynamağı çox istərdim".