Sumqayıtın ilk rəqibi bəlli oldu
20 dekabr 2016 00:15
"Sumqayıt"ın Türkiyədə həyata keçirəcəyi təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda rəqibi bəlli olub. Azerisport.az saytına açıqlamasında klubun meneceri Ceyhun Sultanov bildirib ki, ilk rəqib Özbəkistanın "Nasaf" klubu olacaq.
Bu oyun yanvarın 16-da keçiriləcək.
Qeyd edək ki, Samir Abasov yetirmələrini Türkiyədə daha iki oyunda sınaqdan keçirəcək ki, həmin görüşlər yanvarın 13-nə və 19-na nəzərdə tutulub.