Erat oynamadı, Duysburq liderliyini qorudu
10 dekabr 2016 20:30
Almaniya üçüncü Bundesliqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Köln "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Erat bu oyunu da sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duysburq" 18 turdan sonra 34 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.